ABŞ Ukraynaya ayda 1,5 milyard dollar göndərir

16/12/2022 - 09:19

ABŞ hər ay öz büdcəsindən Ukrayna hökumətinə 1,5 milyard dollar göndərir.

Bu barədə ABŞ Nümayəndələr Palatasının respublikaçı üzvü Marcori Teylor Qrin tviterdə bildirib.

Onun sözlərinə görə, ABŞ-ın suveren borcu hər gün 6,4 milyard dollar artır.

Qeyd edək ki, ABŞ-ın ümumi borcu faiz ödənişləri və digər öhdəliklər də daxil olmaqla 93,6 trilyon dollardır.