ABŞ Ukraynaya işğal olunmuş əraziləri qaytarmağa kömək edəcək – RƏSMİ AÇIQLAMA

06/12/2022 - 12:09

ABŞ Ukraynaya fevralın 24-dən bəri Rusiya tərəfindən işğal olunmuş əraziləri qaytara bilməsi üçün kömək etməyə davam edir.

Qafqaz.media “Wall Street Journal”-a istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Entoni Blinken bildirib.

"Diqqətimiz Ukraynanın özünü müdafiə etmək, Rusiyaya qarşı vuruşmaq, fevralın 24-dən işğal altında olan ərazilərini geri almaq üçün əlində lazım olan hər şeyin olmasını təmin etmək üçün işi davam etdirməyə yönəltmişik", - Blinken deyib.

ABŞ dövlət katibi əlavə edib ki, Kiyevin hərbi yardımla yanaşı, iqtisadi və humanitar dəstəyə də ehtiyacı var.

Ukraynanın Krımı qaytarmaq niyyəti ilə bağlı jurnalistin sualını cavablandıran ABŞ dövlət katibi qeyd edib ki, ukraynalılar hara getmək, nəyi nə vaxt və necə etmək istədikləri ilə bağlı qərarları özləri verirlər.

Qafqaz.media