Azərbaycan Höküməti ilə BMT-nin İqlim Katibliyi arasında təhlükəsizlik sahəsində Memorandum imzalanıb - FOTO
15/10/2024 - 23:50
Bakıda COP-öncəsi görüşlər çərçivəsində Azərbaycan Respublikası Hökuməti ilə BMT-nin İqlim Katibliyi arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanıb. APA xəbər verir ki, bu barədə COP29-un “X” hesabında məlumat verilib. Bildirilib ki, sənəddə həm COP29 məkanında, həm də onun hüdudlarından kənarda təhlükəsizlik sahəsində əməkdaşlığın prinsipləri və strukturu əks olunub.