Azərbaycan iqtisadiyyatına 8 mlrd. manata yaxın investisiya qoyulub
2024-cü ilin yanvar-iyun aylarında əsas kapitala 7 milyard 984,8 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 9,4% çox investisiya yönəldilib.
Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verirı
Məlumata görə, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 4,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 12,6 faiz artmışdır. İstifadə olunmuş investisiyanın 4373,2 milyon manatı və ya 54,8 faizi məhsul istehsalı sahələrinə, 2747,3 milyon manatı (34,4 faizi) xidmət sahələrinə, 864,3 milyon manatı (10,8 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilmiş investisiyaların 6452 milyon manatını və ya 80,8 faizini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 5513,4 milyon manatı və ya 69 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.