Azərbaycan neftinin qiyməti 75 dolları ötüb
27/11/2024 - 10:03
Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb. "APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0.52 ABŞ dolları və ya 0.70% artaraq 75,22 ABŞ dollarına bərabər olub. Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 74,70 dollar təşkil edib.