Azərbaycan Prezidenti perulu həmkarını Müstəqillik Günü münasibətilə təbrik edib

28/07/2024 - 12:26

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Peru Respublikasının Prezidenti xanım Dina Ersilia Boluarte Zeqarraya təbrik məktubu ünvanlayıb. APA xəbər verir ki, məktubda deyilir:

    "Hörmətli xanım Prezident,

    Peru Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm. İnanıram ki, Azərbaycan-Peru münasibətlərinin xalqlarımızın mənafelərinə uyğun olaraq dostluq məcrasında inkişafı, həm ikitərəfli qaydada, həm də çoxtərəfli təsisatlar çərçivəsində əməkdaşlığımızın bundan sonra da davam etdirilməsi yolunda birgə səylər göstərəcəyik. Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, dost Peru xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Əsgərimiz həlak oldu
    15/09/2024 - 10:51
    İlqar Məmmədov istefa verdi
    12/09/2024 - 06:33