Azərbaycanda məktəbli döyüldü - VƏZİYYƏTİ AĞIRDIR
Lənkəranda XI sinif şagirdi döyülüb.
Lənkəran-Astara Regional Təhsil İdarəsinin mətbuat xidmətində verilən məlumatda bildirilib ki, Lənkəran rayonu Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Qədirov İsmət Amil oğlu noyabrın 20-də axşam saatlarında naməlum şəxslər tərəfindən döyülüb. O, Lənkəran Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Valideynləri hadisədən xəbər tutan kimi, dərhal polis orqanlarına məlumat veriblər.
Şagirdin vəziyyəti orta-ağır qiymətləndirilir.
DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı Lənkəran Polis Şöbəsinə müraciət daxil olub. Hazırda araşdırma aparılır.