Azərbaycanda məktəbli döyüldü - VƏZİYYƏTİ AĞIRDIR

21/11/2022 - 10:35

Lənkəranda XI sinif şagirdi döyülüb.

Lənkəran-Astara Regional Təhsil İdarəsinin mətbuat xidmətində verilən məlumatda bildirilib ki, Lənkəran rayonu Viyən kənd tam orta məktəbinin XI sinif şagirdi, 2006-cı il təvəllüdlü Qədirov İsmət Amil oğlu noyabrın 20-də axşam saatlarında naməlum şəxslər tərəfindən döyülüb. O, Lənkəran Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.

Valideynləri hadisədən xəbər tutan kimi, dərhal polis orqanlarına məlumat veriblər.

Şagirdin vəziyyəti orta-ağır qiymətləndirilir.

DİN-in Mətbuat xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, faktla bağlı Lənkəran Polis Şöbəsinə müraciət daxil olub. Hazırda araşdırma aparılır.