İsrailin Hizbullahın mövqelərinə zərbələri nəticəsində ölənlərin sayı 300-ə yaxınlaşıb, 1000-dən çox yaralı var - YENİLƏNİB-2

23/09/2024 - 19:12

İsrail ordusunun Livanın cənubundakı Hizbullah mövqelərinə endirdiyi zərbələr nəticəsində ölən və yaralananların sayı artıb. APA xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölənlərin sayı 274-ə çatıb, 1024 nəfər isə yaralanıb.

     

    ***

    16:58

    İsrail ordusunun Livanın cənubundakı Hizbullah mövqelərinə endirdiyi zərbələr nəticəsində ölən və yaralananların sayı artıb. APA xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölənlərin sayı 182-ə çatıb, 727 nəfər isə yaralanıb.

    ***

    15:28

    İsrail ordusunun Livanın cənubundakı Hizbullah mövqelərinə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı artıb. APA xəbər verir ki, Livan Səhiyyə Nazirliyinin yaydığı məlumata görə, ölənlərin sayı 100-ə çatıb. Yaralıların sayının 400-ü ötdüyü bildirilir.

    ***

    15:01

    İsrail ordusunun Livanın cənubundakı Hizbullah mövqelərinə endirdiyi zərbələr nəticəsində azı 50 nəfər ölüb. APA xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb. 300-dən çox yaralının olduğu bildirilir. Qeyd edək ki, bu gün səhər saatlarında İsrail ordusu mülki şəxslərə Hizbullahın silah saxlamaq üçün istifadə etdiyi yerlərdən uzaqlaşmaları barədə xəbərdarlıq edib.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

    Rusiyada güclü ZƏLZƏLƏ
    21/09/2024 - 20:10