“Bilet qiymətləri tələbdən asılı olaraq dəyişə biləcək”

23/09/2024 - 17:48

Sabahdan “Azərbaycan Dəmir Yolları” QSC (ADY) loyallıq proqramının tətbiqinə başlayır. “Qafqazinfo” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ADY-nin Sərnişin daşımaları departamentinin rəisi Azər Fərəcov bildirib. Onun sözlərinə görə, bu proqram şəhərətrafı qatarlarla səfər edən sərnişinlərə “ADY Mobile” tətbiqi vasitəsilə daha sərfəli və rahat səyahət imkanları yaradır, gedişlər üzrə 3% “cash back” və qeydiyyat, dostun dəvət edilməsi, sorğularda iştirak və qiymətləndirmələr zamanı bonus qazandırır “Loyallıq proqramı bir həftə test rejimində fəaliyyət göstərəcək. Qurum, həmçinin 1 noyabr tarixindən ölkədaxili marşrutlar üzrə dinamik qiymət siyasətinə keçir. Yeni qiymət siyasətinə əsasən, bilet qiymətləri tələbdən asılı olaraq dəyişə biləcək.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ