Azərbaycan və Meksikanın XİN başçıları bir sıra aktual məsələləri müzakirə ediblər

24/09/2024 - 06:39

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Meksikanın xarici işlər naziri Alisiya Barsena ilə görüşüb.

APA xəbər verir ki, bu barədə Azərbaycanın Xarici İşlər Nazirliyi məlumat yayıb. Görüşdə iki ölkə arasında elm, səhiyyə, mədəniyyət, təhsil, idman və turizm sahələrində əlaqələrin inkişafı üçün mövcud imkanların araşdırılmasının zəruriliyi vurğulanıb. Ceyhun Bayramov həmçinin həmkarına Azərbaycanın COP29-a sədrliyi barədə məlumat verib.

Azərbaycan və Meksikanın XİN başçıları bir sıra aktual məsələləri müzakirə ediblərAzərbaycan və Meksikanın XİN başçıları bir sıra aktual məsələləri müzakirə ediblər

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ