Ekvadorun keçmiş XİN rəhbəri: İqlim danışıqlarının tempi iqlim dəyişikliyi prosesinin sürətindən yavaşdır
İqlim dəyişikliyi məsələsində maliyyə yeganə problem deyil.
APA xəbər verir ki, bunu BMT Baş Assambleyasının 73-cü Sessiyasının sədri, Ekvadorun keçmiş xarici işlər naziri və müdafiə naziri Maria Fernanda Espinosa "COP29-a aparan yol: Dayanıqlı və Davamlı gələcək" mövzusunda 29-cu ali səviyyəli toplantı çərçivəsində təşkil olunan panel müzakirəsində bildirib.
O deyib ki, planet iqlimlə bağlı fövqəladə vəziyyətlə üzləşib.
"Məsələ ondadır ki, bizim hərəkətlərimiz fövqəladə vəziyyətdə lazım olan sürət və dərinliyə malik deyil. Nə qədər çox eşitsəm, bir o qədər də anlayıram ki, iqlim təkcə ekoloji problem deyil. Beləliklə, biz ticarətlə, sosial birlik haqqında danışıqlar aparırıq. Biz güclərin bölüşdürülməsi və ölkələrin geosiyasi mənzərədə yeri ilə bağlı danışıqlar aparırıq. Buna görə də iqlim danışıqları bu qədər siyasi yüklü və çox çətindir. İnkişaf etməkdə olan iqtisadiyyatların bir çoxunu narahat edən məsələ inkişaf etmiş və inkişafda olan ölkələr və onların üzərinə düşən öhdəliklər arasındakı bölgüdür. Və bu, məhz iqlim məsələsini müzakirə edərkən daha çox hiss olunur. Bu, əlbəttə ki, fövqəladə vəziyyət rejimidir və biz başa düşürük ki, iqlim danışıqlarının tempi iqlim dəyişikliyi prosesinin sürətindən daha yavaşdır. Deməli, söhbət təkcə maliyyə problemi ilə bağlı deyil".