G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya köçürülməsinin variantlarını nəzərdən keçirirlər
17/04/2024 - 06:47
ABŞ digər G7 ölkələri ilə birlikdə Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya ötürülməsinin bir neçə variantını öyrənir.
APA “Reuters“ə istinadən xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.
Nazir heç bir variantın masadan kənarda qalmadığını bildirib, amma Ukraynanın da bir anda bütün məbləği ala bilməyəcəyini də qeyd edib.