G7 ölkələri Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya köçürülməsinin variantlarını nəzərdən keçirirlər

17/04/2024 - 06:47

ABŞ digər G7 ölkələri ilə birlikdə Rusiyanın dondurulmuş aktivlərinin Ukraynaya ötürülməsinin bir neçə variantını öyrənir.

APA “Reuters“ə istinadən xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Canet Yellen deyib.

    Nazir heç bir variantın masadan kənarda qalmadığını bildirib, amma Ukraynanın da bir anda bütün məbləği ala bilməyəcəyini də qeyd edib.

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ