Qubada qəzada ölən va yaralanan şəxslərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB

24/09/2024 - 06:34

Qubada yol nəqliyyat hadisəsi zamanı ölən va yaralanan şəxslərin kimliyi bəlli olub.

Hadisə nəticəsində "Mercedes"in sürücüsü - Bakı şəhər sakini 1996-ci il təvəllüdlü Kənan Cabbarov ağır xəsarətlər alaraq Quba Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

    "Opel" markalı avtomobilin sürücüsü, Quba rayon sakini 1982-ci il təvəllüdlü Elşad Qayıbov isə, aldığı xəsarətlərdən həlak olub.

    İlkin məlumata görə, qəzaya "Mercedes" markalı avtomobilin əks istiqamətdə hərəkət etməsi səbəb olub.

    Quba şəhərinin Heydər Əliyev prospektində ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-nın Şimal bürosu xəbər verir ki, "Opel" markalı minik avtomobili ilə "Mercedes" markalı nəqliyyat vasitəsinin toqquşması nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır xəsarətlər alıb. Hazırda fakt araşdırılır. 

    Qubada qəzada ölən va yaralanan şəxslərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB Qubada qəzada ölən va yaralanan şəxslərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB Qubada qəzada ölən va yaralanan şəxslərin kimliyi məlum olub - FOTO - YENİLƏNİB

    BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ