Azərbaycanda pensiya alanların sayı açıqlandı: Növlərə görə necə dəyişir?

04/09/2024 - 11:09

Bu il iyulun 1-i vəziyyətinə Dövlət Sosial Müdafiə Fondunda 1 milyon 101 min pensiyaçı qeydiyyatda olub. Bu, ölkə əhalisinin 10.8 faizi deməkdir. Yəni Azərbaycanda hər 10 nəfərdən biri pensiyaçıdır. Bəs pensiya növlərinə görə pensiyaçıların sayı necə dəyişib? Publika.az xəbər verir ki, bu barədə iqtisadçı Vüqar Bayramov sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, pensiyaçıların 64,4 faizi yaşa görə pensiya alır:

“Bu deməkdir ki, yaşa görə pensiya alan vətəndaşlarımızın sayı 709 min 44 nəfərdir. Ötən ilin eyni dövründə bu göstərici 702 min 920 nəfər olub. Deməli, son 1 ildə yaşa görə pensiya alanların sayı 6 min 124 nəfər artıb. Əlilliyə görə pensiya alanlar ümumi pensiyaçıların 23,3 faizini təşkil edib. Deməli, 256 min 533 nəfər əlilliyə görə pensiya alır. Bir əvvəl bu göstərici 258 min 797 nəfər idi. Bu isə o deməkdir ki, əlilliyə görə pensiya alanların sayında 2 min 264 nəfər azalma qeydə alınıb.

Ailə başçısını itirməyə görə pensiya alanlar isə pensiyaçıların 12,3 faizini təşkil etməklə 135 min 423 nəfər olub. Bu növ pensiya alanların sayında da son bir ildə artım qeydə alınıb. Göründüyü kimi, pensiyaçıların sayı 2 növ pensiya üzrə artıb, 1 növ üzrə isə azalıb. Rəsmi statistika göstərir ki, son illər əlilliyə görə pensiya alanların sayında azalma müşahidə edilməkdədir. Azalma bu sahədə tətbiq olunan yeni qaydalar və təkrar müayinələr ilə bağlıdır”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10
Ədalət Verdiyev həbs olundu
25/11/2024 - 18:51