Azərbaycanda siqaret bahalaşdı

03/01/2024 - 18:26

Azərbaycanda siqaret bahalaşıb.

“Qafqazinfo” xəbər verir ki, bu barədə pərakəndə ticarətlə məşğul olan şəxslər məlumat veriblər. Bildirilib ki, siqaretin qiymətində 10 faizə yaxın bahalaşma var.

Belə ki, markasından asılı olaraq siqaretin 1 qutusunun qiymətində 20 qəpikdən 50 qəpiyədək bahalaşma müşahidə edilir.

Qeyd edək ki, 1 yanvar tarixindən Vergi Məcəlləsində tütün məmulatları və alkoqollu içkilərə görə aksiz dərəcələri artılıb.

 

Qafqaz.Media

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Neftin qiyməti artıb
26/08/2024 - 09:46