Bakıda ağır qəza: Avtobus 10-dan çox maşına çırpıldı

05/08/2024 - 09:27

Fövqəladə Hallar Nazirliyi Yasamalda baş verən zəncirvari qəza ilə bağlı məlumat yayıb. Nazirliyinin mətbuat xidmətindən Modern.az-a bildirilib ki, "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonu, Ə.Əhmədov küçəsində zəncirvari yol-nəqliyyat qəzasının baş verməsi səbəbindən avtomobildə yanğın olması barədə məlumat daxil olub və dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri əraziyə cəlb olunub. Hadisə zamanı “Toyota Camry” markalı minik avtomobilinin mühərrik hissəsi yanıb. Həmçinin, yol-nəqliyyat qəzası zamanı avtomobillərdən əraziyə dağılmış yanacaq yuyularaq müvafiq təhlükəsizlik tədbirləri həyata keçirilib. Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən təhqiqat aparılır.

 

***

08:15

 

Bakının Yasamal rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Modern.az xəbər verir ki, Yeni Yasamal adlanan ərazidə avtobus hərəkətdə olan və yol kənarında dayanan avtomobillərə çırpılıb. Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində iki avtomobil yanıb və 10-dan çox maşına ciddi ziyan dəyib. "oxu.az" bildirib ki, əraziyə Dövlət Yol Polisi (DYP), Fövqəladə Hallar Nazirliyinin (FHN) əməkdaşları və təcili yardım briqadası cəlb olunub. "Baku.ws"in məlumatına görə, sözügedən avtobus 165 nömrəli marşrut üzrə hərəkət edirmiş. Sosial şəbəkələrdə yayılan görüntüləri təqdim edirik:

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ