Bakıda gəmi yanır: Heyət təxliyə edildi - YENİLƏNDİ

31/07/2024 - 10:07

 

Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub. FHN-dən Publika.az-a bildirilib ki, hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, Nazirliyin müvafiq qüvvələri də cəlb olunmaqla yanğın-xilasetmə əməliyyatına başlanılıb. Həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.

***

Bakıda gəmidə yanğın olub. Publika.az xəbər verir ki, hadisə "Qərbi çıraq" platformasının yaxınlığında qeydə alınıb. Yanğın gəminin mühərikindən başlayıb. Hadisə baş verən gəmidə olan şəxslər digər gəmi vasitəsilə təxliyə edilib. Gəminin mexanikinin yanıq xəsarətləri aldığı bildirilir.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ