Bakıda motosiklet piyadanı vurub

17/09/2024 - 21:57

Bakının Sabunçu rayonunda yol-nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb. APA xəbər verir ki, hadisə Bakıxanov qəsəbəsində qeydə alınıb. Belə ki, 1965-ci il təvəllüdlü Ağayev Cəmil Fərman oğlu yolu keçərkən onu motosiklet vurub. Piyada ağır xəsarətlər alaraq Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları faktı araşdırır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ