“Bloomberg”: Son 20 gündə Çində 248 milyon insan koronavirusa yoluxub
Dekabrın ilk 20 günündə, sərt koronavirus məhdudiyyətlərinin aradan qaldırılmasından sonra, Çində 248 milyon insan koronavirusa yoluxub. Bu, əhalinin demək olar ki, 18%-ni təşkil edir.
Qafqaz.media “Bloomberg”-ə istinadən xəbər verir ki, bu barədə Çin Milli Səhiyyə Komissiyasının çərşənbə günü, dekabrın 21-də baş tutan qapalı iclasının protokollarında qeyd olunur.
Bu həftə, dekabrın 20-də bir gündə virusa yoluxanların sayına görə yeni antirekord qeydə alınıb - 37 milyon nəfər. Bu, pandemiyanın bütün dövrü üçün görünməmiş bir rəqəmdir. Xəstəliklərin əvvəlki maksimum artımı 2022-ci ilin yanvarında, gündə 4 milyon insanın yoluxduğu vaxt qeydə alınıb.
Qafqaz.media