BMT Təhlükəsizlik Şurası çərşənbə günü toplaşacaq – ZELENSKİNİN MÜRACİƏTİ ƏSASINDA

23/11/2022 - 23:05

BMT Təhlükəsizlik Şurası Ukrayna şəhərlərinə növbəti kütləvi raket hücumundan sonra Ukrayna prezidenti Vladimir Zelenskinin tələbi ilə çərşənbə günü təcili iclas keçirəcək.

Qafqaz.media CNN-ə istinadən xəbər verir ki, görüş Şimali Amerika vaxtı ilə 16:00-a (Bakı vaxtı ilə gecə yarısı) planlaşdırılıb.

AFP diplomatik mənbələrə istinadən xəbər verir ki, “Ukraynanın sülh və təhlükəsizliyinin qorunması” başlığı altında elan edilən görüşdə Vladimir Zelenski çıxış edəcək.

Qafqaz.media