Braziliya prezidenti Yeni ili Trampın Floridadakı villasında keçirəcək
Braziliyanın hazırkı Prezidenti, səlahiyyət müddəti yanvarın 1-də başa çatacaq Jair Bolsonaro Yeni ili ABŞ-ın keçmiş prezidenti Donald Trampın Floridadakı villasında keçirəcək.
Bu barədə “El Pais” Bolsonaroya yaxın mənbələrə istinadən xəbər verib.
Qeyd olunur ki, siyasətçi dekabrın 28-də təyyarə ilə Braziliyadan uçaraq Trampın Floridadakı Mar-a-Laqo malikanəsinə çatmağı planlaşdırır.
Oktyabrın 30-da Braziliyada prezident seçkilərinin ikinci turu keçirilib. Səslərin 99,01 %-nin hesablanmasının nəticələrinə görə, Lula da Silva 50,84 % səs toplayıb, onun rəqibi, ölkənin hazırkı prezidenti Jair Bolsonaro isə seçicilərin 49,16% səsini qazanıb. Bolsonaro hakimiyyəti Lula da Silvaya təhvil verməyə razılaşıb.