"Bu, beynəlxalq ictimaiyyəti biganə qoya bilməz” - İRANDA ETİRAZÇI GƏNCİN EDAM EDİLMƏSİ İTALİYANI QƏZƏBLƏNDİRİB

09/12/2022 - 09:02

İtaliya hakimiyyəti İranda aksiyada iştirak edən şəxsin edam edilməsi ilə bağlı xəbərlərdən hiddətləndiyini bildirib.

Bu barədə İtaliyanın Baş naziri Corca Meloninin bəyanatında deyilir.

“İtaliya hökuməti İranda azadlıq nümayişlərinə qoşulan gənc Möhsün Şekari barəsində çıxarılan ölüm hökmündən qəzəblənib. İran hakimiyyətinin bu qəbuledilməz repressiyası iranlı qadın və gənclərin həyat və azadlıq tələblərini dayandıra bilmədiyi kimi beynəlxalq ictimaiyyəti də biganə qoya bilməz”, - bəyanatda vurğulanıb.

Qeyd edək ki, İranda keçirilən etiraz aksiyalarında iştirak edən Möhsün Şekari barəsində məhkəmənin çıxardığı edam hökmü dekabrın 8-də səhər saatlarında icra olunub.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33