Bu gün Biləsuvarda 1 171 şagird birinci sinfə gedəcək

16/09/2024 - 07:49

Bu gün Biləsuvar rayonunda 1 171 şagird birinci sinfə gedəcək. "Report"un Muğan bürosunun məlumatına görə, həmçinin 9-cu sinifdə 1 451 şagird və 11-ci sinifdə 979 şagird 2024-2025-ci tədris ilində təhsil alacaq. Yeni tədris ili üçün Biləsuvar rayonu üzrə 69 293 dərslik şagirdlərə təqdim olunub. Qeyd edək ki, ötən tədris ilində Biləsuvar məktəblərinin 11-ci sinfini 921 nəfər şagird bitirib. Onlardan 531 nəfəri ali məktəbə sənəd verib və 353-ü tələbə adını qazanıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ