Bu irin topasını şəxsən təmizləyəcəm

25/08/2024 - 06:31

Urna - zibil qabı, onlar isə urnalistlərdir. Özünü jurnalistikaya aid bilən bir ovuc təhqir və təhdidçi neçə gündür ki, öz sosial hesabları da daxil olmaqla internet resurslarının müəyyən arealını bulaşdırmaqla məşğuldur.

Reketçilər kimi, “informasiya” dələduzları tək, həyasızlıqlarına salmaqla bu günə qədər mövcud olmağı bacaran və bundan sonra da əvvəlki qaydada davam edə biləcəklərini “düşünən” belələri Real TV-də efirə gedən arayışvari, xəbərdaredici bir reportaj ətrafında linç prosesinə start veriblər. Kimdir “onlar”? Hansı “medianı” təmsil edirlər? Niyə təhqir və nə ilə təhdid edirlər? Mən hələ ki cavab verməmişəm… Amma bu “ümumiyyətlə cavab verməyəcəyəm!” demək deyil! Yəqin, “marallarımız” elə “anlayırlar” ki, bizi qorxuda, çəkindirə, azacıq xoflandıra bilərlər: yanılırlar! Mənim cavabım mütləq olacaq! Çox sərt və çox amansız olacaq! Mənim, həmkarlarımın, bütünlükdə Real TV-nin üzərinə gələnləri heç vaxt qaragüruhla, xarici divarların üstündə oturub üzü Azərbaycana ulayan “vicdan ikiayaqlıları” ilə mübarizədə, bizimlə eyni barrlkadada görməmişəm. Səbəb indi üzə çıxır…

Üslub və söz ehtiyatlarından görünür ki, hamısı eyni anbardan qidalanırmışlar. Eyni “tərbiyəni” eyni “ana"dan alıb, eyni “südü” eyni “sinə"dən əmiblərmiş…

Media Bayramımız ərəfəsində ad çəkib könül bulandırmayacam, amma bu əziz günlərdən sonra artıq təkcə görünüş yox, yalnız mənəviyyat ayıbına çevrildiyinə görə deyil, həm də və daha çox jurnalistikamızın vücudunda zəhərə döndüyünə görə o çirk, irin topasını iynələməli, mediamızı, mətbuatımızı şəxsən təmizləməli olacağam. Gözləyin!

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabah qar yağacaq
18/11/2024 - 14:05
Faktiki hava açıqlanıb
18/11/2024 - 10:03
Xoşbulağa qar yağdı - Video
17/11/2024 - 15:03
Sabah qar yağacaq
16/11/2024 - 13:01
Bu xanımlara vəzifə verildi
16/11/2024 - 13:00