Zaqatalada minik maşını piyadanı vurub

23/06/2024 - 08:22

Zaqatalada 14 yaşlı oğlanı maşın vurub. APA-nın Şimal-qərb bürosunun məlumatına görə, hadisə ötən gün axşam saatlarında Zaqatala şəhəri Anar Həmidov küçəsində baş verib. 2010-cu il təvəllüdlü Əkbər Ülvi oğlu Alxasov minik avtomobili tərəfindən vurulub. Qəza zamanı müxtəlif dərəcəli bədən xəsarətləri alan Ü. Alxasov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının (RMX) Cərrahiyyə korpusunun Reanimasiya şöbəsinə yerləşdirilib. Ü. Alxasovun vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ