BƏXTİYAR HACIYEV SAXLANILDI - Barəsində cinayət işi başlanılıb / YENİLƏNİB
Bəxtiyar Hacıyev saxlanılıb, barəsində cinayət işi başlanılıb.
Bu barədə mətbuatın sorğusuna cavab olaraq DİN-in Mətbuat Xidmətindən bildirilib.
Qeyd edilibki, vətəndaş Bəxtiyar Hacıyevin saxlanılması Bakı şəhər Baş Polis İdarəsində Cinayət Məcəlləsinin 221-ci (Xuliqanlıq) və 289-cu (Məhkəməyə hörmətsizlik etmə) maddələri ilə başlanmış cinayət işi ilə əlaqədardır. Barəsində qətimkan tədbiri seçilmək üçün o, bu gün məhkəməyə göndərilib.
***
İctimai fəal Bəxtiyar Hacıyev saxlanılıb.
Bu barədə vəkil Aqil Layıc sosial şəbəkədə məlumat paylaşıb.
O bildirib ki, B.Hacıyev Bakı Şəhər Baş Polis İdarəsi tərəfindən cinayət məsuliyyətinə cəlb edilib: "Hazırda barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün Xətai Rayon Məhkəməsinə aparılır".
Hazırda onun saxlanılmasının səbəbi dəqiqləşdirilir./report