Çavuşoğlu İranda baş verən hadisələrə MÜNASİBƏT BİLDİRDİ
23/11/2022 - 12:36
“İranda etiraz aksiyalarında çox sayda insanın həlak olmasına görə təəssüflənirik”.
Qafqaz.media “Cümhuriyyət”ə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
O bildirib ki, İranda sabitliyin təmin olunması Türkiyə üçün əhəmiyyətlidir: “Ölkədə ən qısa zamanda sabitliyin olmasını arzulayırıq”.