ÇL: "Qarabağ" böyük hesabla məğlub olub

21/08/2024 - 06:20

UEFA Çempionlar Liqasının pley-off mərhələsinin ilk oyunu çərçivəsində “Dinamo Zaqreb” komandası ilə “Qarabağ” üz-üzə gəlib. APA xəbər verir ki, qarşılıqlı hücumlar şəraitində keçən qarşılaşmada meydan sahibləri “Qarabağ”dan üstün olublar – 3:0. Qarşılaşmanın 29-cu dəqiqəsində Marko Pyatsa hesabı açıb. 75-ci dəqiqədə Sandro Kulenoviç fərqi bir qədər də artırıb. 5 dəqiqə sonra isə Kulenoviç özünün ikinci, komandasının üçüncü qoluna imza atıb.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ