DAHA BİR DEPUTAT SEÇKİYƏ GETMİR... - Kəlbəcərdən kim mandat alacaq?

20/07/2024 - 09:18

Kəlbəcər rayonunun seçicilərinin parlament təmsilçisi də dəyişir. Məlumatlı mənbələrdən “AzPolitika”-ya daxil olan məlumata görə, VI çağırış Milli Məclisin üzvü Aqil Məmmədov 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək. Bəzi mənbələr 123 saylı Kəlbəcər seçki dairəsindən Rəqəmsal İnkişaf və Nəqliyyat nazirininin müavini Cavid Qurbanovun namizəd olacağını bildirsə də, bu məlumatlar özünü doğrultmayıb. Qeyd olunur ki, həmin dairədən iqtisadi qurumlarda çalışan məmurlardan birinin namizəd olacağı gözlənilir. Yeni Azərbaycan Partiyası da bu dairədən prinsipial namizəd irəli sürməyib. Hakim partiyanı seçkilərdə Əhmədova Aidə Ələsgər qızı təmsil edəcək.

“AzPolitika.info”

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33