Deputatlığa namizədliyi irəli sürülənlərdən 454-ü 25 siyasi partiyanın nümayəndəsidir
27/07/2024 - 15:28
İndiyə qədər növbədənkənar parlament seçkiləri ilə əlaqədar namizədliyi irəli sürülən 1255 nəfər arasında 454 nəfər 25 siyasi partiyanın nümayəndəsi var. APA-nın xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.
Ümumilikdə 516 namizədin siyasi partiya mənsubiyyəti var.