Dənizdə batan 3 yeniyetmədən ikisinin meyiti tapılıb - VİDEO

13/07/2024 - 12:18

İyulun 11-də axşam saatlarında Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi yaxınlığında nəzarətsiz ərazidə dənizdə batmış 3 nəfərdən ikisinin meyiti tapılıb. APA-nın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. Bildirilib ki, 2008-ci il təvəllüdlü Aslanov Amid Asif oğlu və 2009-cu il təvəllüdlü Aslanov Anar Asif oğlunun meyitləri bu gün səhər saatlarında suda tapılaraq aidiyyəti üzrə təhvil verilib. Batdığı ehtimal olunan üçüncü şəxs – 2007-ci il təvəllüdlü Ağayev Ağaşirin Ramin oğlunun axtarış əməliyyatının daha da intensivləşdirilməsi məqsədilə prosesə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin 1 ədəd helikopteri də axtarış işlərinə cəlb olunub. Bununla yanaşı, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvəlləri də cəlb edilib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ