Dünyanın ən böyük akvariumu partladı: bir milyon litr su küçəyə axdı
16/12/2022 - 15:37
Berlinin mərkəzində yerləşən “Dom Aquaree” otelində 16 metrlik AquaDom akvarium partladı - bir milyon litr su həyətə və küçəyə dağıldı, iki nəfər yaralandı.
Qafqaz.media xəbər verir ki, bu barədə “Der Spiegel” xilasedicilərə istinadən xəbər verir.
“Dom Aquaree”-nin qonağı tvitində oteldəki akvariumun “gecənin ortasında partladığını” yazıb.