Eks-deputatın qızının adı siyahıdan çıxarıldı - YAP-ın yeni namizədi

22/07/2024 - 10:56

Hakim Yeni Azərbaycan Partiyası (YAP) 1 sentyabrda keçiriləcək növbədənkənar parlament seçkiləri üçün açıqladığı namizədlər siyahısında dəyişiklik olub. Publika.az Teleqraf.com-a istinadən xəbər verir ki, YAP tərəfindən 12 saylı Xəzər birinci seçki dairəsindən irəli sürülən Maniyeva Aygün Şaitdin qızının adı siyahıdan çıxarılıb.Bununla bağlı YAP İdarə Heyətinin 2024-cü il 19 iyul tarixində qərar verib. Artıq növbədənkənar parlament seçkilərində YAP həmin dairədən Piriyeva Pərvanə Əlövsəd qızı təmsil olunacaq. Milli Məclisin keçmiş deputatı Şaitdin Əliyev hazırda Mərkəzi Seçki Komissiyasının üzvü olduğuna görə onun qızı Maniyeva Aygünün adının YAP sıyahısından çıxarıldığı bildirilir.


BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33