ERMƏNİLƏR TİFLİSDƏ AZƏRBAYCAN ƏLEYHİNƏ AKSİYA KEÇİRDİLƏR -  Video

16/12/2022 - 23:34

Etirazçılar “Qarabağın blokadasına görə” Gürcüstan hakimiyyətini Bakını qınamağa çağırdılar

Gürcüstanda yaşayan ermənilər Birləşmiş Millətlər Təşkilatının (BMT) ofisi qarşısında aksiya keçiriblər.

Qafqaz.media Apsny.ge saytına istinadən xəbər verir ki, etirazçılar Azərbaycanın Qarabağı Ermənistanla birləşdirən Laçın dəhlizinin blokadaya alınmasına qarşı çıxıblar. Bildirilib ki, azərbaycanlı fəalların ekoloji problemlər bəhanəsi ilə bağladığı yol dekabrın 12-dən bağlı qalıb.

Bundan əvvəl, yerli erməni icması Gürcüstan hökumətini Azərbaycanı Qarabağı blokadada saxladığına görə qınamağa çağırıb.

“Biz Azərbaycanın baş nazirinin Gürcüstana səfərindən istifadə edən Gürcüstan hökumətini cəsarət toplamağa, vəziyyətə real qiymət verməyə və 120 min günahsız sakinə qarşı törədilən çirkin və qeyri-insani hərəkəti pisləməyə çağırırıq”, - bəyanatda deyilir.

Müraciətdə həmçinin BMT Təhlükəsizlik Şurasının beş daimi üzvü olan dövlətlər “erməni soyqırımının təkrarlanmasının qarşısını almaq” üçün tədbirlər görməyə çağırılır.

 

Qafqaz.media