Ermənistanda şəhər merinin əmlakı müsadirə oluna bilər
Ermənistanın Baş Prokurorluğu Qacaran şəhərinin meri Manvel Paramazyan və olunla sıx əlaqədə olan bir neçə nəfərə məxsus əmlakların müsadirə olunması ilə bağlı məhkəməyə müraciət edib. APA-nın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, iddia artıq icraata götürülüb. Bildirilib ki, iddia qəbul olunarsa, həmin şəxslərə məxsus 6 fərqli ünvanda yerləşən daşınmaz əmlaklar, iki ədəd avtomobil və şirkətlərdən birindəki səhm payı dövlətin balansına keçiriləcək. Qeyd edək ki, M. Paramazyan 2021-ci ildə müxalifətə açıq dəstəyini ifadə edib, bir il sonra isə mövqeyini dəyişib. Belə ki, onun 2022-ci ildə bölgəyə səfər edən Ermənistanın Baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyanı əllərində gül dəstəsi il qarşılaması həmin vaxt mətbuatın diqqətini çəkib.