Fələstin İsraillə danışıqlara hazırdır - Mahmud Abbas ŞƏRTİ AÇIQLADI

07/08/2024 - 10:52

Fələstin sülh konfransı çərçivəsində İsraillə yekun status danışıqlarına hazırdır. Publika.az xəbər verir ki, bu sözləri Fələstin prezidenti Mahmud Abbas "RİA Novosti" agentliyinə müsahibəsində deyib. Abbasın sözlərinə görə, Fələstin altı ərəb dövləti qrupu tərəfindən təsdiqlənən “yol xəritəsi” hazırlayıb və baxılmaq üçün ABŞ, Avropa İttifaqı və BMT Təhlükəsizlik Şurasının üzvlərinə təqdim edib. Bu qərarın əsasını “İsrailin Qəzza zolağında mövcudluğunun dayandırılması” təşkil edir.Bu qərar “beynəlxalq sülh konfransı çərçivəsində İsrail tərəfi ilə yekun status danışıqlarına girməyi” nəzərdə tutur. Fələstin prezidenti qeyd edib ki, Fələstin Milli Administrasiyası Qəzza zolağında öz funksiyalarını yerinə yetirməyə hazırdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ