Fransanın Çin səfirindən AÇIQLAMA: Çin ilə Aİ birgə Ukrayna böhranının nəticələrinə qarşı dura bilərlər

21/11/2022 - 12:05

Fransanın Çindəki səfiri Loran Bili bildirib ki, Avropa ilə Çin Ukrayna münaqişəsinin mənfi nəticələrini azaltmaq üçün birgə variantları axtara bilərlər. Qafqaz.media bildirir ki, bu barədə “Global Times” məlumat yayıb.
“Avropalılar və çinlilər Ukraynanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə bağlı ümumi öhdəliyi bölüşürlər”, deyən diplomat Ukraynada baş verənlərə “müxtəlif nöqteyi-nəzərdən” baxıldığını qeyd edib.
Bili açıqlayıb ki, Ukrayna məsələsində Avropa ilə Çin arasında ümumi dil tapıb. Onun fikrincə, söhbət ərzaq təhlükəsizliyi probleminin birgə həllindən gedir. Fransanın Çindəki səfiri xatırladıb ki, "bütün dünya ixracın kəskin azalması nəticəsində kənd təsərrüfatı mallarının bahalaşmasından əziyyət çəkib".

Qafqaz.media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33