Gədəbəydə minik avtomobili aşıb, xəsarət alanlar var

08/08/2024 - 02:54

Gədəbəydə 4 nəfərin xəsarət alması ilə nəticələn yol qəzası baş verib. APA-nın yerli bürosunun məlumatına görə hadisə rayonun Qaradağ kəndində qeydə alınıb. 19 yaşlı Eldəniz Məmmədov idarə etdiyi "Niva" markalı minik avtomobili ilə hərəkətdə olarkən avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı 4 nəfər xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Hadisə zamanı sürücü və onun sərnişinləri; 16 yaşlı Elmir Qurbanov, 18 yaşlı Eşqin Məmmədov və 19 yaşlı Rəşad Alıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onların vəziyyətinin orta ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ