Gəncədə zəncirvari qəza olub - FOTO

03/08/2024 - 07:15

Gəncədə yol nəqliyyat hadisəsi baş verib. APA-nın yerli bürosunun məlumatına görə hadisə Gəncə-Şəmkir avtomobil yolunun 4-cü kilometrliyində qeydə alınıb. Hərəkətdə olan "KİA", "Chevrolet" və digər avtomobil toqquşub. Zərbənin təsirindən sonra "KİA" minik maşını bardürə çırpılıb. Qəza zamanı xəsarət alan olmasa da avtomobillərin ikisinə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır.

 

Gəncədə zəncirvari qəza olub - FOTO Gəncədə zəncirvari qəza olub - FOTO

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ