"Heç kim seçicilərin hüquqlarına zidd hansısa addım ata bilməz" - Məzahir Pənahov
01/09/2024 - 10:39
Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov heç kimin seçicilərin hüquqlarını pozmağa ixtiyarı olmadığını bəyan edib. "Report"un məlumatına görə, M.Pənahov seçkinin əsas mərkəzində seçicinin dayandığını bəyan edib: "Seçkinin əsas mərkəzində seçici dayanır. Ona görə heç kim onların hüquqlarına zidd hansısa addım ata bilməz". O bildirib ki, gün ərzində beş dəfə səsvermənin gedişi və seçici fəallığı barədə məlumat veriləcək, bu saatlar, 10:00; 12:00; 15:00; 17:00 və 19:00 olacaq.