İlham Əliyev və İnnovativ Azərbaycan!

30/01/2024 - 22:22

Dövlətin nüfuzu, onun liderinin nüfuzundan çox asılıdır.

İlk prezidentlik dövrü

2003-cü il oktyabrın 15-də ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı İlham Əliyev xalqımızın etimadını qazanaraq Azərbaycan Prezidenti seçildi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başlandı.

Azərbaycan xalqı Heydər Əliyevin siyasi kursuna səs verdi.

Sülh və bərqərar həyat tərzinə alışan xalq, artıq tərəqqi və inkişaf üçün hədəflənir. Bu siyasətə alternativ görməyən xalq, İlham Əliyev kursunu dəstəklədiyini bəyan etdi. Bu seçki ilə, ölkədə demokratik, hüquqi  dövlət quruculuğu dövrü başladı.

Növbəti 2008-ci ilin prezident seçkiləri zamanı artıq 2-ci dəfə prezident seçilən İlham Əliyev;

 

Ölkədə və dünyada rezonansa səbəb olan seçkilər;

Hələ 1994-cü ildən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin əvvəlcə vitse-prezidenti, sonra isə birinci vitse-prezidenti olan zamandan ümummilli lider Heydər Əliyevin neft strategiyasını həyata keçirən əsas fiqurlardan biri İlham Əliyev idi. Bu baxımdan ki, Azərbaycan nefti ilə bağlı bir çox layihə və proqramların dünya miqyasında uğur qazanması, məhz İlham Əliyevin adı ilə bağlı idi. Azərbaycanın gələcəyinə çıraq olan neft siyasətini İlham Əliyev uğurla davam etdirdi.

Beynəlxalq sahədə təhsil, diplomatlar yetişdirən ali təhsil ocağında pedaqoji fəaliyyət, nəzəriyyəni bilərək, onu təcrübədə tətbiq etmək və müəyyən məqamlarda artıq virtouz kimi davranmaq, ölkəyə xeyli sayda uğurlu və bu günə qədər davam edən bir çox uğurlu investisiya axınını ölkəyə cəlb etmək yalnız iti zəkanın nəticəsində ola bilər.

Əlbəttə o zamana uyğun olaraq iradlar bildirə, yetərsiz təcrübəni əsas gətirə bilərdilər. Əlbəttə təcrübə hər zaman nəzəriyyədən öndə olur, lakin nəzəriyyə təməldir, bazadır, sənin etdiklərinin məntiqi əsasını anlamandır. Bunsuz stabil inkişafdan söhbət gedə bilməz.

Bu İlham Əliyev kursunun əsası idi – Nəzəriyyədə mükəmməllik.

Çətin diplomatik tapşırıqların öhdəsindən gəlmək isə əsaslı bilgi tələb edir.

Azərbaycan neft-qazı ilə bağlı ən böyük müqavilələr İlham Əliyevin hələ Azərbaycan Dövlət Neft Şirkətində vitse-prezident olduğu zamanlar imzalanıb. Dünyanın ən iri xarici şirkətlərinin ölkəyə cəlbi, xüsusilə neft-qaz yataqlarınının birgə işlənməsi buna bariz nümunədir.

Təkcə, Bakı-Tbilisi-Ceyhan ixrac neft kəməri haqqında müqavilənin bağlanması və reallaşdırılmasındakı zəhmətlərini desək, kifayət edər.

Bu strategiyanın bəhrələrindən biri üçün də tarixə nəzər salaq:

İri müqavilələrin imzalandığı 1994-2000-ci illərdə xarici şirkətlər Azərbaycana 800 milyon ABŞ dolları məbləğində bonus vermişdi. Bu illər ərzində Azərbaycanda məhz neft sektorunda 30 mindən çox iş yeri açılmışdır. Bu, iqtisadi təkamül deyilsə, bəs nədir? Hələ biz, 20-25 il öncədən danışırıq. Təbii ki, bu gün Azərbaycan 20 il əvvəlki Azərbaycan da deyil axı. İnkişafa yönələn layihələrin nəticəsini nəinki biz, bütün dünya görür. Nümunə götürür.

Danılmaz faktdır ki, bu gün dünyada xüsusi çəkisi olan bir ölkə olaraq, çox iqtisadi uğurlarımızın təməli olan neft strategiyasını məhz dahi Heydər Əliyev müəyyənləşdirdi.

Hakimiyyətə gəldiyi dövrdən ölkədə iqtisadi islahatların həyata keçirilməyə başlanması, azad, suveren Azərbaycanın dünyada aparıcı xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsi ilə bu strategiya öz bəhrəsini verməyə başladı. Təbii ki, doğru əllərdə olmaq da önəmlidir. Siyasi kursu elə davam etmək ki, zaman-zaman baş verən stabillik yalnız gələcəyə yatırıma əsaslansın. Azərbaycan xalqının sosial rifahi, ölkənin iqtisadi inkişafı ilə düz mütənasibdir.

Gəncliyin Azərbaycanın həyatında oynadığı rol, onlara yaradılan şərait, bugünkü həyatımızın güzgüsü Heydər Əliyev siyasətinin nəticəsidir.

Hər şeyin bir səbəb-nəticəsi var, hazırkı uğurlu ölkənin səbəb-kökündə ulu öndər strategiyası durur. Onun çıxışlarını daima izləyirəm, elə bir nitqi, elə bir müsahibəsi yoxdur ki, orada gənclik və gələcək barədə danışmasın. Ona görə də, gənclər siyasətinin  düzgün aparılmasına daima diqqət edirdi. “Mənim üçün ən əziz nemət, Azərbaycan gəncliyi və onun gələcəyidir.” - yadımda qalan ən ibrətamiz ən gözəl sözlərindən biri idi dahi liderin.

 Azərbaycanın müstəqil, innovativ proseslərə açıq bir ölkə olaraq, dünyaya inteqrasiyasında İlham Əliyevin rolu həqiqətən də əvəzsizdir.

Minlərlə tarixi faktlar sıralamaq, xronoloji ardıcıllığı təbii ki, xatırlamaq yazmaq olar, lakin böyükdən kiçiyə qəbul etməli olduğumuz bir gerçək var, İlham Əliyev bugünkü Azərbaycanın banisidir. İlham Əliyev müasir Azərbaycan tarixində kimsənin edə bilmədiyini etdi. Etməkdə də davam edir. Bu gün Azərbaycan xalqının “20 faiz əskik”lik dərdi yoxdur artıq.

Bu gün Azərbaycandan kənarda, “Azərbaycanı tanıyırsınız?” deyəndə, hardasa bir əndrəbadi yer adı çəkilmir, bu gün Azərbaycan deyəndə, - “Bəli, Qafqazda çox güclü bir ölkə”, “Hə, lideri İlham Əliyev olan” – deyə cavab verilir. Bunlar xırda işlər deyil, bunlar ümumiyyətlə, haqqında sadəcə danışılacaq işlər deyil.

İlham Əliyev 1997-ci ildən Milli Olimpiya Komitəsinin üzvüdür. 92-ci ildən fəaliyyət göstərən bu komitə, heç zaman Olimpiya Oyunlarında müstəqil dövlət kimi təmsil oluna bilməmişdi. 1997-ci ildən, Azərbaycanda Olimpiya hərəkatı başlayır. Həmin ildən Komitənin fəaliyyət istiqamətləri müəyyənləşdirildi. Artıq müstəqil ölkəni təmsil edən, Azərbaycan bayrağı qaldıran Azərbaycan himni səsləndirən idmançılarımız, xeyli sayda qızıl və gümüş medalçıdırlar.

Lider prinsipiallığı özünü hər sahədə biruzə verir əlbəttə. Gördüyü iş nə olur – olsun yüksək səviyyədə yerinə yetirilirdi.

2003-cü il oktyabr seçkilərində seçicilərin 76 faizindən çoxu İlham Əliyevə səs verdi.

Xalq innovativ liderini hiss etdi. Ümumiyyətlə, bilirsiz, genetik yaddaşı möhkəm olan xalqlar hər zaman uzun və firavan yaşaya bilib. Təhlükəsizlik, inkişaf və iddialı olma hissi yalnız tarixi kökləri dərin olan topluma məxsusdur.

Azərbaycan xalqı  bu yaddaşı düzgün və zamanında işə sala bildi. Gələcəyə səs verdi. Müasir Azərbaycanın bugünkü inkişafı barədə danışanda, ilk növbədə, xalqın Ümummilli lideri Heydər Əliyevin müəyyən etdiyi siyasi xətti olduğu kimi davam etdirən İlham Əliyev strategiyası nəzərdə tutulmalıdır. 

Dövlətin gələcək ideya əsasları, strateji inkişaf istiqamətləri dəqiq hesablanmadıqca, əlbəttə ki, uğurlu nəticə almaq olmazdı, iqtisadi məsələlərin mahiyyəti dəqiq öyrənilməli, bu sahədə dünya təcrübəsi  Azərbaycanda da tətbiq edilməli idi. Bizim bugünkü dövlət və dövlətçilik strategiyamız bu prinsiplərə hesablandı. Təbii ki, yenə də ulu öndər dəsti-xətti.

2008-ci ilin oktyabrında keçirilən növbəti prezident seçkilərində 88 faizdən çox səslə ikinci dəfə Azərbaycan Respublikasının Prezidenti seçilən İlham Əliyev, bu dəfə xalqın böyük etimadını qazanmışdı. Əvəzində xalq onun ölkə üçün hərtərəfli çalışdığının şahidi oldu, xalqı dar gündən qurtaran Heydər Əliyev siyasətini davam etdirdi, anarxiyadan, böhrandan qurtaran siyasət idi Heydər Əliyev siyasəti və Azərbaycan üçün ən faydalı yol idi.

İlham Əliyev bu seçimlərdə də Azərbaycanın dövlətçilik ənənələrini davam etdirdi. Stabilliyi qorumaq onun başlanğıcını qoymaq qədər çətin və məsuliyyətlidir, hətta qorumaq ikiqat məsuliyyətlidir deyərdim. Son 20 ildir ölkə həyatındakı dinamika həm də Azərbaycan xalqının gələcək təminatıdır.

2013-cü il seçkilərində qalib gələn ölkə başçısının apardığı xarici siyasət, Azərbaycanın dünya səviyyəsində tanınmasına güclü təsirləri ilə yadda qaldı desək, yanılmarıq. Ölkəmiz BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçildi, dünyada beynəlxalq təşkilatlar Ermənistanı işğalçı dövlət kimi tanıdı. Azərbaycan Prezidentinin bu məsələdəki birmənalı mövqeyi təsdiqlədi ki, Dağlıq Qarabağın Azərbaycandan ayrılma mexanizmi yoxdur. Belə deyək ki, Dağlıq Qarabağ məsələsini məhz bir sazişlə bu günə qədər saxlaya bilməmiz, İlham Əliyevin bu dönəmdə həyata keçirdiyi siyasət nəticəsində öz real həllini tapacaqdı. Biz bugünü hələ o illərdə xəyal edə, hətta bəlkə də heç ağlımıza da gətirə bilməzdik. Bəli, əmin idik ata – baba torpaqlarımızda ədalətin zəfər çalacağına, amma qələbənin dadını bizə Müzəffər Ali Baş Komandan yaşatdı və bu tarixə qızıl hərflərlə yazıldı. Məhz bu dönəmdən başlayaraq innovativ ordu quruculuğu, Azərbaycan silahlı qüvvələrinin hərbi hazırlığı, qondarma düşüncə və xəyalları puç etdi. Məhz bu illərdə Azərbaycanda güclü, müasir tələblərə cavab verən müdafiə sənayesi quruldu.

İlham Əliyev innovativ Azərbaycanın yaradıcısıdır. Buna ölkədə fəaliyyət göstərən bütün sahələrdə, tətbiq edilən müasir idarəetmə formaları nümunə ola bilər.

 Müasir idarəetmə formaları dedikdə, başqa ölkələrin də Azərbaycandan patent alaraq, tətbiq etdiyi ASAN Xidmət modelini göstərmək olar. Bu model, BMT-nin İnkişaf Proqramı tərəfindən 2016-cı ildə, One Stop Shop Public Service Delivery Model: The Case of Azerbaijan  adlı analitik araşdırma hazırlanıb.

Azərbaycanın “ASAN xidmət” modelinin innovativ üstünlükləri  dövlət xidmətlərinin göstərilməsinin müasirləşdirilməsində maraqlı olan ölkələrə “ASAN xidmət” təcrübəsinə əsaslanan tövsiyələr verilir və bu gün Azərbaycanın “ASAN xidmət” modeli dünyanın bir çox ölkələri tərəfindən ətraflı öyrənilir və tətbiq edilir.

Qısa bir haşiyə çıxaraq, qeyd edim ki, fəaliyyətimizə başladığımız dövrdən “Ukrainian Center” məhz bu prinsiplə, Ukraynada təhsil və təhsildə keyfiyyət və “vahid pəncərə” prinsiplərini əsas tutaraq, Təhsil Nazirliyi ilə memorandum imzalamışdır.

Avropa mətbuatı İlham Əliyevi “İnnovativ Lider” adlandırıb. Təbii ki, yaradılan yeni rəqəmsal sistem, səmərəlilik, şəffaflıq kimi məsələlərlə əldə olunan nailiyyətlər ölkə hüdudlarından kənarda da qiymətləndirilməyə başlanıb. Müəllifi İlham Əliyev olan bu innovativ sistem sayəsində 20-dən çox beynəlxalq konsensus sənədi imzalanıb.

Dünya artıq pandemiyadan öncəki dünya deyil əlbəttə. İnsanlar daha əvvəlki yanaşmada deyil, tələblər, gözləntilər dəyişib.

Qafqaz bölgəsi də həmçinin, İkinci Qarabağ müharibəsindən sonra artıq əvvəlki kimi heç deyil. İlham Əliyev isə diqtə gücü, ədalətli qərarlar üçün istifadə edir.Bu həm ölkə üçün, həm də xalq üçün faydalı, gələcək nəsil üçün  hesablanan qərarlardır.

İlham Əliyevin xarici siyasəti ilə Azərbaycana qoyulan sərmayələr çoxaldı, ölkədə oturuşmuş sahibkar sinfi yarandı.

Regionların sosial-iqtisadi inkişafına dair geniş müzakirələr olduqca çox olub, bu barədə danışmaq təkrar olsa da, həyata keçirilən üç dövlət proqramı sayəsində bölgələrdə iqtisadi inkişaf  sürətləndi. Yaranan hər yeri sahə ilə işsizliyin səviyyəsi aşağı düşdü, 2 milyondan çox yeni iş yeri yaradıldı. Məşğulluq, özünüməşğulluğun səviyyəsi yüksəldi. Bu məqamda daha bir müasir sistem forması, prezident  İlham Əliyevin Fərmanı ilə yaradılan innovativ idarəetmə formalarından biri olan ABAD-ı da xatırlamaq yerinə düşür. Ölkənin Sosial-iqtisadi inkişafında vətəndaşların fəal iştirakına, əhalinin məşğulluq səviyyəsinin artırılmasına, ailə təsərrüfatlarının formalaşdırılmasına dəstək vermək qurumun əsas məqsədlərindəndir. Baxın burada da “bir pəncərə” prinsipi işləyir, məhsulun sertifikatlaşdırılması, logistikası, satışı məhz “ABAD” tərəfindən həyata keçirilir.

Bütün bunların baş verdiyi zamana nəzər yetirin - İşğal altında olan ərazilərimizin geri alınması da, dünyadakı kataklizmlərin də eyni anda baş verməsi ilə biz çox gərgin bir 20 illik keçmişik. Bunların hamısı həmin bu 20 ildə baş verib.

Dilə asan gələn zamanın fonunda, böyük və bötüvləşən Azərbaycan!

Qarabağ hər zaman Azərbaycanın ayrılmaz hissəsi olub, indi daxildə hansı məsələlər baş verib, biz bu 30 ili niyə gözləmişik, o bir qədər kənar qüvvələrin təsiri mövzusudur həm də.

Əsas məsələ odur ki, “Qarabağ Azərbaycandır!” deyimini Ali Baş Komandan indi bütün dünyaya dedirtdi! Biz sadəcə, ərazilərimizi işğal etmiş bu cinayətkar dəstədən azad etdik torpaqlarımızı.

 44 günlük Vətən müharibəsində!

 Ali Baş Komandanın rəhbərliyi ilə qazanılan hərbi qələbədən sonra ölkənin innovativ inkişafına yönələn fəaliyyət, iqtisadiyyatın dayanaqlılığı,  ölkənin inkişaf strategiyasının davamlılığı və inklüzivliyi , bütün xalqın və gələcək nəsillərin rifahına qulluq etməsini bir daha sübut etdi - Xalq son seçimlərdə də yanılmadı və seçiminə daha inamla əmin oldu.

“Müharibəni udmaq mənim siyasi həyatımın missiyası olub”.

İlham Əliyev hər məqamda həm xalqı, həm haqqı müdafiə etdiyi üçün qərb mediasın ona gizli  rəğbətinin də şahidi olduq.

Bəzi qüvvələrin xoşuna gəlməsə də...

Lakin, qərbin riyakarlığına ən yaxşı cavab elə, xatırlayırsınızsa, zamanında böyük rezonans doğurmuş müsahibə idi – Prezident İlham Əliyev “BBC News”a verdiyi müsahibə. Qərbə və qərbyönümlü qüvvələrə göstərdi ki, artıq Azərbaycanı da, liderini də, xalqını da regionda söz sahibi kimi görmək zamanıdır.

Bilirsiniz, Qarabağ mövzusu bu gün hər bir vətəndaş üçün öndə duran məsələ olmalıdır.

Ümummilli liderin dəmir iradəsi, bu gün İlham Əliyevin zəhməti ilə dəmir yumruğa çevrildi, 20 faiz əskik Azərbaycanı 100 faiz etdi. Tarixi torpaqlarımıza sahib çıxmalı olduğumuzu xatırlatdı. Və biz bu gün artıq şərtlər diqtə edən tərəfik. Güc, qüdrət - bilirsiniz, bunların heç biri yoxluqdan yarana bilməz, kökündə dərin siyasət dayanır. O kursu da indi, İlham Heydər oğlu Əliyev davam etdirir.

İnkişaf etmək və yüksəlmək üçün bir xalqa başqa nə lazımdır ki ?!

Artıq bütün dünya gördü ki, Azərbaycan dövlətində, Azərbaycan hakimiyyətində necə iradə, necə inam var.

Hər bir azərbaycanlı üçün iftixar nöqtəsi olan bu tarixi qələbə, kökümüzə sahib çıxmaq bu gün bizə eyforiya yox, əzm hissi bəxş edir. Biz öz torpaqlarımız olmadan yaşaya bilməzdik, bilmədik də. Ata vasiyyətinə sadiq qalan Müzəffər Ali Baş Komandan, bizim səsimiz də, gördüyümüz işlər də, daima Sizinlədir !

Son 20 ildə əldə edilən böyük nailiyyətlər, həm iqtisadi balans, həm ölkə ərazisinin bütovləşməsi onu göstərir ki, Azərbaycanın artıq vahid bir inkişaf strategiyası var. Mən bir haşiyəyə çıxıb xatırlatmaq istəyirəm, fevral ayından başlayan Ukrayna – Rusiya müharibəsini. Bu Dövrdə Azərbaycanın göstərdiyi diqqət, mətanət, insan həyatına həssaslıq.

 Biz çox əziyyət çəkdik məhz ilk iki ayda, təxliyə prosesi başlayandan sona qədər, düzdü bir addımız belə Prezident İlham Əliyevin göstərişlərindən kənara çıxmadı. Öz soydaşlarımızla yanaşı, həm türk, həm elə ukraynalı vətəndaşları odun-alovun içindən çəkib-çıxardıq.

Günü bu gün də, dəstəyimiz, məhz Azərbaycanda müvəqqəti məskunlaşan (istər ukraynalı, istərsə də azərbaycanlı) köçkünlər üçün davam edir. Biz müharibənin nə olduğunu bilirik, fəsadlarını da bilirik,  müharibə görən insan talelərini, gələcək nəslə “ötürülən” travmaların nə ilə nəticələnəcəyini də gözəl anlayırıq. Daha təcrübəliyik. Həm də, bilirsiniz, biz həm də göstərdik ki, günahsız insanlarla əslində necə davranmaq lazımdır, fərqi yoxdur hansı coğrafiyada baş verirsə, versin müharibə, Azərbaycan humanizm mövqeyindən çıxış etdi.

Biz alnıaçıq çıxdıq bu mövzudan

Qarabağda aparılacaq yenidənqurma işləri, investisiya və investor cəlbi artıq həm də ümumi məsələdir. Hər kəs bir daş qoymalıdır, nəinki gücü çatan.

Xatırlayırsınızsa, bir neçə vaxt öncə prezident İlham Əliyev bu mövzuda öz kəskin və haqlı fikirlərini AzTV – yə müsahibəsində də bildirdi, bəzi qurum, nazirlik və komitələrə sözünü kifayət qədər sərt və yerində bildirməklə, həm də onu göstərdi ki, şimaldan cənuba sərhədimiz var, Kəlbəcərdən Cəbrayıla, Cəbrayılda İran dövləti ilə sərhədimiz var, bunları nəzərə alıb hərəkət etmək lazımdır. Dövlətin hesabına işlər görüb, özününküləşdirməklə yox.

Azərbaycan xalqı bu gün daha fərqli, daha innovativ və  daha savadlı imicə malikdir, İlham Əliyev bu xalqın müasir tarixini yaratdı. Liderlər üçün qələbənin alternativi yoxdu, onlar bu yolu öncədən çəkir və gedir. Tarixi kökləri sağlam olan xalqın seçimi də məhz bu cür lider olmalı idi.

İlham Əliyevin hədəfləri arasında ən önəmli yerlərdən biri – xalqın rifah səviyyəsinin yüksəldilməsidir, bunu iqtisadi islahatlarda, yaşayış minimumuna təsir edən sosial artımlarda, maaş artımlarında görürük həm də. Dayanıqlı iqtisadiyyatın formalaşması prosesinin sürətləndirilməsi ən vacib məsələlərdən biridir.

Prezident İlham Əliyevin həyata keçirdiyi inkişaf modeli bütün azərbaycanlıların həyatına birdəfəlik daxil olub artıq, bu iki məfhumu artıq ayrı-ayrı təsəvvür etmək mümkün deyil. Görülən işlərin nəticəsi nəinki bugünümüzü həm də gələcəyimizi, gələcək nəsillərimizi əhatə edir.

İlham Əliyev deyil növbəti, düşünürəm bu dəfə əbədi lider olmalıdır.

Mehrəli Qasımov – Ukraynanın Azərbaycandakı Fəxri Konsulu

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33