"Kiyev Putinin təklifini qəbul etməsə, Rusiyanın hücumu davam edəcək" - Medvedev

18/06/2024 - 16:11

APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev bildirib.Onun sözlərinə görə, Rusiyanın hücumu davam edərsə, "sanitar zona"nın sərhədinin harada olacağını söyləmək çətindir."Lakin bu, Kiyevin xeyrinə olmayacaq", deyə Medvedev vurğulayıb.Siyasətçi hesab edir ki, Ali Radada ağıllı qüvvələr yoxdur, Ukraynadakı bütün prosesləri ABŞ idarə edir.Medvedev qeyd edib ki, Kiyevin Putinin səsləndirdiyi təklifləri qəbul etmək və sülhü bərqərar etməyə çalışmaq imkanı var, hər bir sonrakı təklif əvvəlkindən daha pis olacaq.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33