Kəlbəcərin, Ağdamın xatirinə qazsız yaşamağa dözmək olar
03/12/2024 - 11:55
Hamı şikayət edir ki, qaz, su yoxdur. Deyirəm, bir müddət yolsuz, susuz, qazsız qalmaq olar. Əsas odur ki, torpağımızdayıq. Axar.az xəbər verir ki, bunu Milli Məclisnin iclasında deputat Aqil Abbas deyib. “Qazsız da yaşamaq olar, əsas odur ki, biz öz torpağımıza qayıtmışıq. İndi gözəl şəhərlər tikilir. Ermənilər Azərbaycana 800 milyardlıq zərər vurub. Allah bilir, neçəyə bərpa ediləcək. Kəlbəcərin, Ağdamın xatirinə qazsız yaşamağa bir az dözmək olar”, - deputat söyləyib.