Kreml Şoltsun ​​Putinə Ukraynaya dəstəyi ilə bağlı mesajını şərh etməyib

03/12/2024 - 13:20

Kreml Almaniya Kansleri Olaf Şoltsun Rusiya Prezidenti Vladimir ​​Putinə Ukraynaya davamlı dəstəyi ilə bağlı mesajını şərh etməyib. APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov bildirib. Onun sözlərinə görə, burada nəyisə şərh etməyə dəyməz: "Çünki bu bəyanatlar hər gün müxtəlif Avropa dövlətlərinin nümayəndələri tərəfindən verilir. Onlar öz dağıdıcı xəttini və təxribatını davam etdirmək niyyətindədirlər. Bütün məqsədlərimizə çatmaq üçün xüsusi hərbi əməliyyatı davam etdiririk".“Putin və köməkçilərinin Almaniya ilə təmasları davam etdirməsinin mənası varmı” sualına isə Kremlin sözçüsü belə cavab verib: "Əlbəttə var. Əlaqələri davam etdirməyin və onları yeniləməyin hər zaman mənası var. Prezident dəfələrlə bildirib ki, məqsədlərimizə çatmaq üçün dialoqa açıq qalır", - Peskov fikrini yekunlaşdırıb.Qeyd edək ki, Şolts Kiyevə səfərinin yekunları ilə bağlı “X” sosial şəbəkəsindən Putinə Ukraynaya dəsətəyini davam etdirəcəyi ilə bağlı mesaj ünvanlayıb.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Makronu zəif adlandırdı
04/12/2024 - 11:56