Makronu zəif adlandırdı

04/12/2024 - 11:56

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Fransa Prezidenti Emmanuel Makronu öz vəzifəsindən getməli olan zəif şəxs adlandırıb. “Qafqazinfo” xəbər verir ki, Medvedev bu barədə öz teleqram kanalında paylaşım edib. “Fransa Prezidenti Makron hökumət böhranının öhdəsindən gələ bilmədi və getməlidir. O, zəifdir”, - deyə sədr müavini qeyd edib. D.Medvedev, həmçinin Makronun hazırda ABŞ tərəfindən dəstəkləndiyini, gələcək taleyinin isə naməlum olduğunu qeyd edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ