Kosovo Rusiyanı Serbiya ilə gərginliyi artırmaqda ittiham etdi – BAŞ NAZİRDƏN AÇIQLAMA

20/12/2022 - 12:09

Kosovo ilə Serbiya arasında gərginlik artır. Belə ki, bugünlərdə Kosovo ölkənin şimalındakı serblərin məskunlaşdığı ərazilərdə təhlükəsizlik qüvvələrinin mövcudluğunun artırdığını elan edib.

Türkiyə mediasının verdiyi məlumatda serblərin yeni barrikadalar qurduqları, hərəkət azadlığının pozulduğu bildirilir.

Onu da nəzərinizə çatdıraq ki, artıq Kosovonun baş naziri Albin Kurti Serbiya ilə yaşadıqları gərginliklə bağlı açıqlama verib və Rusiyanı gərginliyi artırmaqda ittiham edib. Gərginliyin artmasında Rusiyanı günahlandıran Kurti iddia edir ki, Kreml Ukrayna ilə müharibədə uğursuzluğa düçar olduğundan Kosovo ilə Serbiya arasında gərginliyi artırmağa çalışır.