Lənkəranda meyvə mağazasında kişi meyiti aşkar olunub - FOTO - YENİLƏNİB

13/07/2024 - 14:36

Lənkəranda işlədiyi mağazada meyiti tapılan şəxsin kimliyi məlum olub.

APA - nın cənub bürosunun verdiyi məlumata görə meyvə mağazasında meyiti tapılan şəxsin mağazanın sahibi Lənkəran şəhər sakini 1987-ci il təvəllüdlü Ruslan Paşa oğlu Şirəliyev olduğu müəyyən olunub.ıİlkin məlumata görə, Ruslan Şirəliyev mağazanın qapısını bağlayıb və özünə qəsd edib. Qeyd edək ki, Ruslan Şirəliyev Lənkəranda tanınmış iş adamlarından biri olub. Lənkəranda mağazada meyit aşkar olunub. APA - nın cənub bürosunun verdiyi məlumata görə, bu gün səhər saatlarında Lənkəran şəhərinin 2 - ci mikrorayon ərazisi, Zərifə Əliyeva küçəsində mağazaların birində kişi meyiti tapılıb. İlkin məlumata görə, meyit Ruslan adlı şəxsə məxsusdur və o, meyvə mağazasını işlədirmiş. Hazırda rayon hüquq mühafizə orqanları əməkdaşları hadisə yerindədir. Hadisənin təfərrüatları dəqiqləşdirilir. Faktla bağlı araşdırma aparılır.

Lənkəranda meyvə mağazasında kişi meyiti aşkar olunub - FOTO - YENİLƏNİB Lənkəranda meyvə mağazasında kişi meyiti aşkar olunub - FOTO - YENİLƏNİB

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ