Lukaşenko könüllü olaraq istefa verə bilər – BELARUSLU MÜXALİFƏTÇİ BUNUN ŞƏRTLƏRİNİ AÇIQLADI

04/12/2022 - 22:54

“Özünü Belarusun prezidenti elan edən Aleksandr Lukaşenko ölümlə üzləşmək şərti ilə taxtdan imtina edə bilər”.

Qafqaz.media xəbər verir ki, bu barədə Belarusun Birgə Keçid Kabinetinin üzvü Aleksandr Azarov bildirib.

"Lukaşenko dəfələrlə bəyan edib ki, hakimiyyətdən könüllü getməyəcək. Onun yeni demokratik seçkilərlə razılaşacağına və getməyə qərar verdiyini deyəcəyinə inanmıram", - o, “Espresso”-ya deyib.

Azarov vurğulayıb ki, Lukaşenko tribunalda cəzalandırılmalıdır.

"Ola bilsin ki, Lukaşenko tezliklə onun üçün hər şeyin bitdiyini başa düşəcək. Bu halda o, hakimiyyətdə qalmayacaq və həyatını xilas etmək üçün təhlükəsizlik zəmanəti olan bir yerə gedib, demokratik seçkilər keçirəcək. Məsələn, o, harasa Birləşmiş Ərəb Əmirliklərinə gedə və könüllü olaraq hakimiyyətdən əl çəkə bilər”, - deyə Azarov əlavə edib.

Qafqaz.media